Xəzər Xəbər

Ağdam və Beyləqanda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri aşkarlanıb FOTO

Region | 10:43 • 8 Dekabr 2021
Ağdam və Beyləqanda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri aşkarlanıb

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Ağdam rayon sakini Elbəyi Qarayevin testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin olunsa da, karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilərək müalicə aldığı ünvana geri qaytarılıb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Şərq qəsəbə sakini Qorxmaz Əliyevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Saxlanılan şəxsin polis əməkdaşları tərəfindən müalicə aldığı ünvana qaytarılması təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti