Xəzər Xəbər

Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi açılıb

Region | 08:22 • 8 Dekabr 2021
Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi açılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Nigar Qandayeva COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. 

Polis əməkdaşları tərəfindən kənd ərazisində hərəkətdə olarkən aşkarlanan qadın tibbi prosedurlar gözlənilməklə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığına təhlükə yaradan N.Qandayeva barəsində cinayət işi başlanılıb.

Xəbər lenti