Xəzər Xəbər

Gəncədə oğurluq edən şəxs saxlanılıb

Region | 13:09 • 6 Dekabr 2021
Gəncədə oğurluq edən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində dələlduzluq və oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Məhərrəmov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evdən su mühərrikini oğurlması məlum olub.

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilən şəxs ifadəsində törətdiyi cinayət hadisələrini etiraf edib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti