Xəzər Xəbər

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Region | 12:23 • 6 Dekabr 2021
Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerdə bu xəstəliyə yoluxmuş şəxs aşkar edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində V.Ağayevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi və şəhər ərazisində olduğu müəyyən olunub. Həmin şəxs müəyyən edildiyi ərazidən həkimlərin müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti