Xəzər Xəbər

Cəlilabadda qətl törədən şəxs tutulub

Region | 09:57 • 6 Dekabr 2021
Cəlilabadda qətl törədən şəxs tutulub

Cəlilabadda həmkəndlisini öldürən şəxs saxlanılıb.

Bu barədə xezerxeber.az-a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dekabrın 4-ü saat 16 radələrində Cəlilabad rayonu, Sabirabad kənd sakini, 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi, 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Akif Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti