Xəzər Xəbər

Saatlıda qanunsuz ov edən əcnəbilər 10 min manat cərimə olunub

Region | 14:18 • 3 Dekabr 2021
Saatlıda qanunsuz ov edən əcnəbilər 10 min manat cərimə olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

Bunu xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Xidmət rəisi bildirib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10 min 352 manat məbləğində cərimə olunub”.

Xəbər lenti