Xəzər Xəbər

Zaqatala rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Region | 22:14 • 2 Dekabr 2021
Zaqatala rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

“Qaz İxrac” idarəsinə məxsus “Zaqatala” QPS-də quraşdırılan qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı 3 dekabr tarixində saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-dən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Xəbər lenti