Xəzər Xəbər

Xocavəndə icazəsiz daxi olan 9 nəfər saxlanılıb

Region | 10:58 • 1 Dekabr 2021
Xocavəndə icazəsiz daxi olan 9 nəfər saxlanılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır: "Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq".

Xəbər lenti