Xəzər Xəbər

Yevlaxda dəyirman yanıb

Region | 09:27 • 1 Dekabr 2021
Yevlaxda dəyirman yanıb

Yevlaxda dəyirmanda yanğın olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb.

Dəyirman və içərisində rəflərə yığılıb, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar