Xəzər Xəbər

İşğaldan azad olunmuş torpaqlarda taxıl əkini üçün on minlərlə hektar sahə şumlanıb

Region | 22:14 • 30 Noyabr 2021
İşğaldan azad olunmuş torpaqlarda taxıl əkini üçün on minlərlə hektar sahə şumlanıb

İşğaldan azad olunan torpaqlarda taxıl əkini məqsədilə artıq on minlərlə hektar sahədə şumlama işləri aparılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə noyabrın 30-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclasında məlumat verilib.

Bildirilib ki, azad olunan torpaqlarda taxıl əkini məqsədilə artıq on minlərlə hektar ərazidə şumlama işləri aparılıb, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib.

Xəbər lenti