Xəzər Xəbər

Ötən həftə 50 hektar ərazi minalardan təmizlənib

Region | 10:37 • 29 Noyabr 2021
Ötən həftə 50 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər lenti