Xəzər Xəbər

Xaçmazda intihara cəhdin qarşısı alınıb

Region | 09:09 • 29 Noyabr 2021
Xaçmazda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Uzunoba kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti