Xəzər Xəbər

Ağcabədidə tibb məntəqəsi yanıb

Region | 09:08 • 29 Noyabr 2021
Ağcabədidə tibb məntəqəsi yanıb

Ağcabədi rayonunun Avşar kəndində ümumi sahəsi 480 m² olan kənd tibb məntəqəsi kimi fəaliyyət göstərən birmərtəbəli 21 otaqdan ibarət tikilinin dam örtüyü 200 m² sahədə, 1 otağının (məcburi köçkün məskunlaşıb) yanar konstruksiyaları 20 m² sahədə və qismən 18 otağının yanar konstruksiyaları yanıb.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti