Xəzər Xəbər

Gəncədə parkdan oturacaq oğurlanıb

Region | 14:16 • 26 Noyabr 2021
Gəncədə parkdan oturacaq oğurlanıb

Gəncə şəhərində parkdan oğurluq edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, noyabrın 22-də Gülüstan qəsəbəsi ərazisindəki parkdan 400 manat dəyərində bir ədəd oturacaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri N.Mustafayev və X.Əliyev Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti