Xəzər Xəbər

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Region | 17:05 • 25 Noyabr 2021
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyininin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, RPİ-nin əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev. Saxlanılan şəxslər ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Bundan başqa Nizami RPİ-nin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yüksək mərtəbəli binanın damından ümumi dəyəri 1244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs oğurladığı əşyaları taksi sifariş edərək apardığını daha sonra isə həmin əşyaların bir qismini satdığını etiraf edib

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti