Xəzər Xəbər

Çörək sexində nöqsanlar aşkarlanıb

Region | 14:34 • 25 Noyabr 2021
Çörək sexində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, Bərdə regional bölməsinin əməkdaşları Ağdaş rayonunun Məşəd kəndində fiziki şəxs Qocayev Rahib Tofiq oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparıblar.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə suyun filtrdən keçmədən birbaşa istehsal prosesində istifadə olunduğu, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun gəlmədiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti