Xəzər Xəbər

Ağdamda 4 meşə sahəsi və 23 park salınacaq

Region | 14:13 • 24 Noyabr 2021
Ağdamda 4 meşə sahəsi və 23 park salınacaq

İşğal dövründə Ağdamı talan edib dağıdan erməni vandalları yaşıllıqları da məhv edib, bioloji müxtəlifliyə, regionun ekoloji durumuna ciddi ziyan vurublar. Odur ki, Ağdamda aparılan quruculuq işləri çərçivəsində ərazinin yaşıllaşdırılması xüsusi diqqətdə saxlanılacaq.

Bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib. O bildirib ki, Baş plana əsasən Ağdam şəhəri intensiv bağlarla əhatə olunacaq. Ağdam şəhərində 4 meşə sahəsinin, 23 parkın salınması nəzərdə tutulur. Ümumilikdə, şəhər ərazisinin 20 faizi yaşıllıqla örtüləcək.

“Artıq Ağdam şəhərində su kanalının keçəcəyi yerdə meşə parkı salınıb. Biz ağacların əkilməsini davam etdiririk. Bu günlərdə Prezidentin təşəbbüsü ilə başlanan ağacəkmə aksiyasına qoşulduq. Sənaye zonasının və meşə parkın ərazilərində şam ağacları əkdik. Bundan sonra da ağacəkmə aksiyaları davam edəcək. Əsgəran yolunun üstündə dağüstü parkın salınması nəzərdə tutulur. Dağüstü park şəhərin içərisinə qədər uzanacaq. Orada da park olacaq, uşaqlar üçün əyləncə attraksionları quraşdırılacaq. Salınacaq yaşıllıqlar həm şəhərin ekologiyasına, həm də gözəlliyinə töhfə verəcək”, – deyə Emin Hüseynov əlavə edib.

Xəbər lenti

Çox oxunanlar