Xəzər Xəbər

Qusarda qumbara və xeyli sursat aşkarlanıb FOTO

Region | 11:09 • 24 Noyabr 2021
Qusarda qumbara və xeyli sursat aşkarlanıb

Qusar rayonu ərazisində kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Xəbər lenti