Xəzər Xəbər

Şirvanda ana doğuşdan sonra ölüb

Region | 08:48 • 27 Oktyabr 2021
Şirvanda ana doğuşdan sonra ölüb

Şirvanda ölüm hadisəsi baş verib.

Hacıqaul rayonunun Udulu kənd sakini, 1978-ci il təvəllüdlü Köçəliyeva Gülmira Rafiq qızı kəskin qanaxma diaqnozu ilə Şirvan doğum evinə daxil olub.

Ağır doğuş prosesindən sonra ağırlaşma baş verib və ana ölüb. Dünyaya gələn qız körpəsi sağ qalıb.
Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti