Xəzər Xəbər

Salyan və Ağsu rayonlarında ağır yol qəzaları baş verib, ölənlər var

Region | 14:24 • 25 Oktyabr 2021
Salyan və Ağsu rayonlarında ağır yol qəzaları baş verib, ölənlər var

Salyan və Ağsu rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Salyan rayonunun Seyidsadıqlı kənd sakini Q.Səmədov idarə etdiyi “Opel” markalı avtomobili Marışlı kəndi ərazisində aşırıb. Nəticədə avtomobildəki sərnişin - Goranboy rayon sakini Elvin Abbasov hadisə yerində ölüb.

Analoji hadisə Ağsu rayonunun Padar Qışlaq kəndi ərazisində baş verib. Bakı şəhər sakini Şahbaz Ağayev idarə etdiyi “Chacman” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində həlak olub.

Hər iki hadisə ilə bağlı Salyan və Ağsu Rayon Polis şöbələri tərəfindən araşdırma aparılır.

Xəbər lenti