Xəzər Xəbər

“Samur” gömrük keçid məntəqəsində sıxlıq yaranıb

Region | 15:37 • 19 Oktyabr 2021
“Samur” gömrük keçid məntəqəsində sıxlıq yaranıb

Qusar rayonunun “Samur” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin Rusiya Federasiyasına keçməsində yaranan növbələr tezliklə aradan qaldırılacaq.

Samur gömrük postundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Azərbaycandan qonşu ölkəyə müxtəlif mövsümi meyvə-tərəvəz məhsullarını aparan yük avtomobillərinin intensivliyi müşahidə olunmaqdadır.

Hazırda qonşu ölkəyə keçmək üçün 1000-dən çox nəqliyyat vasitəsi növbə gözləyir. Avtomobillərin qarşı tərəfə keçməsində heç bir problem yoxdur və gün ərzində Rusiyaya təxminən 250-300 nəqliyyat vasitəsi buraxılır. Üç-dörd gün ərzində sıxlıq tam araqdan qaldırılacaq.

Yaranmış avtomobil növbələrinin tezliklə aradan qaldırılması üçün keçid məntəqəsi gücləndirilmiş iş rejimində çalışır.

Xəbər lenti