Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs tutulub

Region | 11:10 • 18 Oktyabr 2021
İşğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs tutulub

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, oktyabr ayının 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.
Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti