Xəzər Xəbər

Qubada ağır yol qəzası baş verib, 3 nəfər ölüb

Region | 09:08 • 17 Oktyabr 2021
Qubada ağır yol qəzası baş verib, 3 nəfər ölüb

Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti