Xəzər Xəbər

Şəmkirdə şadlıq sarayının rəhbəri məsuliyyətə cəlb olunub

Region | 16:15 • 15 Oktyabr 2021
Şəmkirdə şadlıq sarayının rəhbəri məsuliyyətə cəlb olunub

Şəmkir rayonu, Kür qəsəbəsi, M. Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əlnağıyev Araz Fərmayıl oğluna məxsus “Ayşən” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkar olunmuş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Xəbər lenti

Çox oxunanlar