Xəzər Xəbər

Ağdaşda ev qarət edilib, tutulan var

Region | 15:49 • 15 Oktyabr 2021
Ağdaşda ev qarət edilib, tutulan var

Ağdaş rayonunun Kükəl kəndindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərəb kənd sakini F.Paşayeva Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, F.Paşayevanın sentyabrın 23-də daha bir evdən 3100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti