Xəzər Xəbər

Sürüşməyə görə bir neçə ev köçürülüb AÇIQLAMA

Region | 15:16 • 14 Oktyabr 2021
Sürüşməyə görə bir neçə ev köçürülüb

Quba rayonunun Qrız Dəhnə kəndinin yamac hissəsində sürüşmə prosesi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov deyib.

Komissiya sədri bildirib ki, sürüşmə oktyabrın 13-də aktivləşib: "Hazırda 50 hektardan artıq ərazi sürüşüb. Proses aktiv olaraq qalır. Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Sürüşmə kənddən 300-400 metr məsafədə baş verib. Kənddə təxminən 10-a yaxın ev var, onalrın da bir neçəsində yaşayış yoxdur. Qalan ailələrə də xəbərdarlıq olunub ki, bir müddət qohumlarının evində məskunlaşsınlar. Hazırda ərazidə sürüşmənin qarşısını almaq üçün tədbirlər görülür. Sürüşmə hələ ki əsasən biçənək sahəsində müşahidə olunur".

Xəbər lenti