Xəzər Xəbər

Salyanda oğurluq edən şəxs saxlanılıb

Region | 11:23 • 13 Oktyabr 2021
Salyanda oğurluq edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə sentyabr ayının 25-də Salyan rayon ərazisində fəaliyyəti dayandırılmış nasosxanadan iki ədəd elektrik mühərriki, bir ədəd nasos və digər avadanlıqlar, eləcə də oktyabr ayının 11-də rayon sakini A.Abbasova məxsus bir ədəd elektrik generatorunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurluq yolu ilə əldə edilmiş avadanlıqların bir qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Salyan RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti