Xəzər Xəbər

Lənkəranda meyvə yığan kişini cərəyan vurub

Region | 11:10 • 13 Oktyabr 2021
Lənkəranda meyvə yığan kişini cərəyan vurub

Lənkəran sakinini elektrik cərəyanı vurub öldürüb.

Lənkəran Rayon Prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti