Xəzər Xəbər

Lənkəranda ikimərtəbəli ev yanıb

Region | 14:01 • 24 Sentyabr 2021
Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəran şəhərində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində bir otaq, mətbəx və aynabənd 73 kvadratmetrlik hissəsi yanıb. Bundan başqa, evin dam örtüyünün 120 kvadratmetri də yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti