Xəzər Xəbər

Daşkəsəndə itkin düşənlərdən birinin paltarı, digərinin çəkməsi və at sümükləri tapılıb

Region | 11:19 • 24 Sentyabr 2021
Daşkəsəndə itkin düşənlərdən birinin paltarı, digərinin çəkməsi və at sümükləri tapılıb

İyul ayında Daşkəsəndə itkin düşən iki nəfərin Göygöl rayonu ərazisində paltarı, çəkməsi və at sümükləri tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

E. Qasımov bildirib ki, Göygöl rayonunun minalanmış ərazisində bu gün səhər saatlarında at sümükləri, uşaqlardan birinin gödəkcəsi, digərinin isə çəkməsi aşkarlanıb.

Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib.

Axtarışlar davam edir.

Xəbər lenti