Xəzər Xəbər

Xızıda narkotik satışına görə 6 nəfər saxlanılıb

Region | 11:12 • 23 Sentyabr 2021
Xızıda narkotik satışına görə 6 nəfər saxlanılıb

Xızıda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb. Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılması, satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Samir Qayıbov, İmran Bağırov, Müslüm Əhmədov, Rəşad Quliyev, Orxan Ələkbərov və Əsgərəli Rzayev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin, heroin və marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021