Xəzər Xəbər

Salyanda hədə-qorxu ilə iki nəfərdən pul tələb edən şəxslər yaxalanıblar

Region | 14:54 • 22 Sentyabr 2021
Salyanda hədə-qorxu ilə iki nəfərdən pul tələb edən şəxslər yaxalanıblar

Salyan Rayon Polis Şöbəsinə şəhər sakinləri olan iki nəfərin hədələnərək ümumilikdə 2200 manat məbləğində pullarının alınması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini X.Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb. Onun barəsində aparılan əməliyyat tədbirləri nəticəsində həmin şəxsin bu ilin iyununda rayon sakini olan daha bir nəfəri də hədələyərək 400 manat məbləğində pulunu alması müəyyən olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

Davam etdirilən tədbirlərlə hədə-qorxu gəlməklə hər üç şəxsdən ümumilikdə 2600 manat pul almaqda şübhəli bilinən İ.Hüseynova da müəyyənləşdirilərək saxlanılıb.

Xəbər lenti