Xəzər Xəbər

Ağdaşda 430 ədəd çətənə kolu məhv edilib

Region | 09:40 • 20 Sentyabr 2021
Ağdaşda 430 ədəd çətənə kolu məhv edilib

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər lenti