Xəzər Xəbər

Tovuzda polis əməkdaşı avtomobillə vurulub

Region | 15:07 • 17 Sentyabr 2021
Tovuzda polis əməkdaşı avtomobillə vurulub

Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib. O sonra onu intizama dəvət edən həmin ərazidə xidmət aparan rayon polis şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

E.Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun sərxoş vəziyyətdə olması müəyyən olunub. Rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə həmin şəxs bir ay müddətində inzibati qaydada həbs edilməklə bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Xəbər lenti