Xəzər Xəbər

Ağstafada 18 yaşlı gənc bıçaqlanıb

Region | 14:41 • 15 Sentyabr 2021
Ağstafada 18 yaşlı gənc bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Xılxına kəndində qeydə alınıb. Kənd sakini, 2003-cü il təvəllüdlü Fərrux Qasımovla onun tanışı, 2005-ci il təvəllüdlü A.Məmmədovun arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. A. Məmmədov F. Qasımova bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən 16 yaşlı gənc polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti