Xəzər Xəbər

Füzulidə 200 kiloqramdan çox narkotik bitki məhv edilib

Region | 17:20 • 8 İyul 2021
Füzulidə 200 kiloqramdan çox narkotik bitki məhv edilib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qacar kəndi ərazisində çəkisi 217 kiloqram olan 1263 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Xəbər lenti