Xəzər Xəbər

Şəmkirdə sel iki avtomobili aparıb

Rayonda leysan yağışlar bir sıra fəsadlar törədib
Region | 15:23 • 8 İyul 2021
Şəmkirdə sel iki avtomobili aparıb

Şəmkir rayonun “Kraz yolu” adlanan ərazisində sel suları nəticəsində çətin anlar yaşanıb.

Xezerxeber.az xəbər verir ki, güclü yağışdan sonra gələn sel “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərini aparıb. Avtomobillərdə olan 3 nəfər son anda xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar