Xəzər Xəbər

Zəngilanda çətənə kolları aşkarlanıb

Region | 14:56 • 7 İyul 2021
Zəngilanda çətənə kolları aşkarlanıb

Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mincivan qəsəbəsi ərazisində yabanı halda bitən çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ümumi çəkisi 330 kiloqram olan 1521 çətənə kolu yığılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti