Bakı 34 ℃
Xəzər Xəbər
USD 1.7

Gəncədə təcilli tibbi yardım avtomobili yanıb, sürücü xəsarət alıb

Region | 14:22 • 24 İyun 2021
Gəncədə təcilli tibbi yardım avtomobili yanıb, sürücü xəsarət alıb

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Bağman adlanan ərazisindəki Təcili tibbi yardım məntəqəsində qeydə alınıb. Məntəqədə dayanan “Mercedes” markalı təcilli tibbi yardım avtomobili anidən yanıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürüb. Yanğın zamanı avtomobilin sürücüsü, 1964-cü il təvəllüdlü Həsənov Ruzi Zabit oğlu yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən R. Həsənova tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır. (APA)

Çox oxunanlar