Xəzər Xəbər

Çörək sexi qarət edilib, tutulan var

Region | 15:09 • 23 İyun 2021
Çörək sexi qarət edilib, tutulan var

Gəncə şəhər sakini R.Aslanova məxsus çörək sexinə girərək soyğunçuluq etməkdə şübhəli bilinən şəhər sakini M.Bayramov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini R.Aslanov ona məxsus çörək sexinə girmiş bir nəfərin kassadan 210 manat məbləğində pulu açıq talama yolu ilə aparması barədə məlumat verib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Onun şəhər ərazisindəki evlərin birindən 1200 manat dəyərində kondisioner oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti