Xəzər Xəbər

Samuxda bir nəfər güllələnib, araşdırma aparılır

Region | 14:02 • 22 İyun 2021
Samuxda bir nəfər güllələnib, araşdırma aparılır

Samux Rayon Polis Şöbəsinə İstixana qəsəbəsi ərazisində V.Əliyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən T.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əliyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti