Xəzər Xəbər

Şuşada silah-sursat aşkar edilib

Region | 13:34 • 19 İyun 2021
Şuşada silah-sursat aşkar edilib

İşğaldan azad olunmuş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, Şuşa Rayon Polis Şöbəsi əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən silah-sursat tapılıb. Belə ki, Müxtəlif növ 13 qumbara, 1 avtomat, 1 qumbaraatan, tank əleyhinə 1 mina, müxtəlif növ 20 raket, 26 avtomat sandığı, 1 top mərmisi, müxtəlif çaplı 7124 patron və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti