Xəzər Xəbər

Lənkəranda qaydaları pozan sürücülər cərimələnib

Region | 11:44 • 19 İyun 2021
Lənkəranda qaydaları pozan sürücülər cərimələnib

Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata əsasən, növbəti belə tədbir zamanı Lənkəran şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə saxlamaqla həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər müəyyən olunub.

Yol hərəkəti qaydalarını pozan sürücülərin hər birinə törətdikləri qayda pozuntusu ilə bağlı məlumat verilməklə, barələrində qanunamüvafiq tədbirlər görülüb.

Yol polisi əməkdaşları tərəfindən, həmçinin işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər də müəyyən olunub. Yol verdikləri qayda pozuntuları izah olunmaqla hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti