Xəzər Xəbər

Oğuz rayonunda 3 tondan artıq çətənə kolu yandırılıb

Region | 16:01 • 18 İyun 2021
Oğuz rayonunda 3 tondan artıq çətənə kolu yandırılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, ümumi çəkisi 3 tondan artıq olan 2900 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti