Xəzər Xəbər

Tovuzda ağır yol qəzası baş verib FOTO

Region | 15:52 • 18 İyun 2021
Tovuzda ağır yol qəzası baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun 425-ci kilometrliyində, rayonun Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı yük maşını ilə “QAZ 31” markalı minik maşınının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti