Xəzər Xəbər

Ağdaşda baş verən qətllə bağlı yeni məlumat

Region | 13:32 • 18 İyun 2021
Ağdaşda baş verən qətllə bağlı yeni məlumat

Daxili İşlər Nazirliyi Ağdaşda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə iyunun 17-də saat 23 radələrində Abad kəndi ərazisində kənd sakini M.Aləşrəfovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qardaşı Qələndəri öldürməsi, həmkəndlisi C.Quliyevə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən M.Aləşrəfov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Xəstəxanaya yerləşdirilmiş C.Quliyevin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti