Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində aparılan axtarış işləri başa çatıb.
Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, axtarışda olan 1961-ci il təvəllüdlü Cahangirov Tehmir Namaz oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.