Xəzər Xəbər

Ağcabədi sakinindən narkotik maddə və silah götürülüb

Region | 11:55 • 14 İyun 2021
Ağcabədi sakinindən narkotik maddə və silah götürülüb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik maddələrin ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq rayon polis şöbəsində gətirilib. Onun avtomobilinə baxış zaman təmiz çəkisi 100 qram olan heroin və “Makarov” tipli tapança aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti