Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Jurnalistlər modul tipli hərbi hissələrlə tanış olublar

Region | 81 | 16:26 • 11 İyun 2021
Jurnalistlər modul tipli hərbi hissələrlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrlə tanışlıq üçün iyunun 11-də media-tur keçirilib.

Tədbir çərçivəsində jurnalistlər modul tipli hərbi hissələrdə yaradılan yataqxanalar, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olublar.

Məlumat verilib ki, modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz edilib.

Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin olunur.

Bildirilib ki, işğaldan azad edilmiş rayonlarda dislokasiya olunan hərbi hissələrdə indiyədək 60-dək modul və konteyner tipli yerləşmə məntəqələri şəxsi heyətin istifadəsinə verilib.

Ali Baş Komandanın göstərişinə uyğun olaraq azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar