Xəzər Xəbər

Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobili idarə edənlər cəzalandırılıblar

Region | 12:54 • 17 May 2021
Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobili idarə edənlər cəzalandırılıblar

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.

Belə tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub, qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti